Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, dövlət başçısı, ilk növbədə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın göndərdiyi məktuba görə minnətdarlığını bildirib, bunu güclü tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirib və son bir neçə gündə ABŞ Prezidenti tərəfindən iki məktubun ünvanlanmasını yüksək qiymətləndirib.

Qəbula görə minnətdarlığını bildirən Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon Bakıda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransında iştirakdan məmnunluqlarını bildirib və bu mühüm tədbirin 26-cı ildönümü münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Azərbaycanda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının əhəmiyyətinə toxundu, tədbirin uzun illərdir ki, dünyanın aparıcı şirkətlərini cəlb etdiyini vurğulayaraq Amerika Birləşmiş Ştatlarının burada geniş şəkildə təmsil olunmasının önəmini qeyd edib.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin icrası, energetika, bərpa olunan enerji mənbələri, biznes sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


*** 12:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.