İslamabadda Azərbaycan, Pakistan, Türkiyə xarici işlər nazirləri – Ceyhun BayramovMahdum Şah Mahmud QureşiMövlud Çavuşoğlu arasında üçtərəfli görüş keçirilib.

Bakıxəbər.az xəbər verir ki, görüşdə dünya və regional məsələlər, o cümlədən regionda sülhə və təhlükəsizliyə qarşı təhdidlər, həmçinin koronavirus pandemiyası, ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri kimi məsələləri müzakirə edilib.

Xatırladaq ki, adıçəkilən formatda xarici işlər nazirlərinin ilk görüşü 2017-ci ilin noyabr ayında Bakıda keçirilmişdi.

 Şölə Beyləqanlı (Hüseyinova)