Azərbaycan Ordusunun Vətən müharibəsində ağır yaralanaraq 6 aydır koma vəziyyətində qalan və bu gün şəhidn olan hərbi qulluqçusu Nurlan Fərrux oğlu Əbilovun cənazəsi doğulduğu Masallı rayonunun Ağakişibəyli kəndinə gətirilib.

Bakıxəbər.az-ın məlumatına görə, vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

O, doğulduğu Ağakişibəyli kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1994-cü il avqustun 4-də Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.

 Şölə Beyləqanlı (Ş Hüseyinova)

Allah rəhmət eləsin!