“Tərəfləri atəşi dərhal dayandırmağa və vəziyyətin sabitliyi məqsədilə danışıqlara başlamağa çağırırıq”.

Bakıxəbər.az xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında yer alıb.

“Bizdə olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsi bölgəsində vəziyyət gərginləşib. Təmas xətti boyu hər iki tərəfdən intensiv atışmalar aparılır. İtkilər barədə məlumatlar daxil olur”, – XİN bildirib.

Şövkət Hüseyinova