Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərdə artilleriya bölmələri marş icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər.