E L A N

“Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir

 Bakı şəhəri                                                                              20 sentyabr  2018-ci il

         Oktyabrın 1–dən 5-dək Qəbələdə Azıx mağarasından 1968-ci ildə qədim insanın çənəsinin aşkar edilməsinin 50 illiyinə həsr edilmiş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. Beynəlxalq elmi konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.

         AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən məlumata görə,konfransa İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə iyirmiyədək tanınmış mütəxəssislər qatılacaqdır. Konfransın açılışı oktyabrın 1-də AMEA-nın əsas binasının (Bakı ş., H.Cavid pr. 115) konfrans zalında olacaq, beynəlxalq elmi tədbir oktyabrın 5-dək Qəbələ şəhərində işini davam etdirəcəkdir.

         Konfrans müddəti ərzində iştirakçıların Azıx mağarasında qədim insan çənəsinin kəşfinin elmi əhəmiyyəti, paleolit dövründə Afrika və Avrasiyada qədim insanların miqrasiya prosesləri, müasir texnologiyaların tətbiqi ilə aparılan tədqiqatların yeni nəticələri və d. aidiyyatı mövzular üzrə  elmi çıxışları, plenar iclaslarda çıxışlar ətrafında müzakirələri olacaqdır. Həmçinin, konfrans iştirakçıları Qəbələ rayonu ərazisində aparılan arxeoloji tədqiqatlarla tanış olacaq, Mingəçevir rayonu ərazisindəki Qaraca paleolit düşərgəsini ziyarət edəcəklər.

         AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

(012) 510 96 74, 055 659 04 95

http://arxeologiya.az/

parviz.gasimov.pr@gmail.com

FACEBOOK: https://www.facebook.com/Institute-of-Archaeology-and-Etnography-of-ANAS-711575115707437/

Youtube: https://www.youtube.com/channel/UCo3jH_blUqZ1g6cm9VQEEBg/playlists