Azərbaycan Milli Demokrat Partiyası son günlərdə bəzi liberal qrupcuqların
partiyanın adından istifadə etməsinə, partiyanın adına və keçmişinə iddialarına
rəğmən aşağıdakıları bildirir:
1) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən 28 dekabr 2008-ci il
tarixində qeydiyyatdan keçmiş Azərbaycan Milli Demokrat Partiyasının əsas özəyi
məhz, vaxtilə mövcud olmuş və milli-azadlıq hərəkatında aktiv rol oynamış
Azərbaycan Boz Qurd Partiyasının və Azərbaycan Milli Demokrat Partiyalarının
yeganə varisidir.
2) Tufan Kərimin sədri olduğu Azərbaycan Milli Demokrat Partiyası 2008-ci ildə
qeydiyyatdan keçdikdən bu günədək, Ali Baş Komandan, Prezident İlham Əliyevin
apardığı daxili və xarici siyasəti alternativsiz hesab etmiş və daim dəstəkləmişdir.
Digəl ki, özünü partiyamızın keçmişinə şərik çıxarmaq istəyən qeyri-formal liberal
qrupcuqlar Qərbin dəstəklədiyi qrant “müxalifəti” ilə daim əməkdaşlıqda idilər.
3) Azərbaycan Milli Ordusunun azadlıq savaşının uğuruna gətirib çıxarmış Ali
Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasətinə və bu Qələbənin
nəticələrinə münasibəti hələ də qaranlıq olan bu qrupcuqların partiyamızın hüquqi
cəhətdən təsdiqlənmiş dəyərlərinə iddiası qəbuledilməzdir. Ona görə, aidiyyatı
dövlət qurumlarının bu qeyri-formal qrupcuqların partiyamızın dəyərlərinə iddia
edilməsi məsələsinə qanunvercilik çərçivəsində yanaşmanı tələb edirik.

Azərbaycan Milli Demokrat Partiyasının sədri:
Tufan Kərim
Bakı, 2020-ci il 23 noyabr