İyulun 26-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, son dövrlərdə işğal altındakı İrəvan və Xankəndindən erməni işğalçılarının cinayətkar başçılarının Azərbaycana qarşı səsləndirdikləri hədələrin kökündə daxili publikaya hesablanmış əsassız şüarçılıq durduğunu bildirir. Lakin AzMDEP bildirir ki, kriminal erməni liderlərinin susdurulmasının yeganə yolu kimi, düşmənin canlı qüvvəsinin nəhəng itkilərinə səbəb ola biləcək işğalçıların hər hansı bir strateji hərbi mövqeyinin və iri maliyyə hesabına inşa edilmiş infrastruktur obyektlərinin məhv edilməsi ola bilər. Bu cür addımla işğalçı ermənilərin hərbi revanşa, xarici himayədarlarına, işğal altındakı torpaqlarımızda möhkəmlənməyə olan ümidlərinin tam puça çıxması ilə nəticələnəcəkdir.

26 iyul 2018-ci il