Aprelin 23-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurası video rabitə vasitəsilə növbəti iclasını keçirmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətindəki problemlərdən narahatlığını bildirir, partiya sədrinə tezliklə şəfa tapmasını arzulayır.

          Eyni zamanda AzMDEP, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azadlıq Partiyasının sədri Əhməd Orucun müalicəsi üçün onun ailəsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirir. AzMDEP vurğulayır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu addımı siyasi baxışlarından asılı olmayaraq respublika vətəndaşlarının qayğısını çəkən Milli Liderə xas yüksək insani keyfiyyətlərin nümayişidir. Digər tərəfdən, Dövlət Başçısı bununla milli birlik naminə daim konstruktiv əməkdaşlıq tərəfdarı olduğunu vurğulamışdır.

          AzMDEP bildirir ki, dünya üzrə COVİD-19 pandemiyasının tüğyan etdiyi bir zamanda vətəndaşlarımız tərəfindən Dövlət Başçısına ünvanlanmış məktub və müraciətlərdə Azərbaycanda görülmüş operativ tədbirlərin yüksək dəyərləndirilməsi milli həmrəyliyin təcəssümüdür və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən aparılan siyasətin milli mənafelərə tam uyğunluğunun göstəricisidir.

23 aprel 2020-ci il                     mdp_inform@yahoo.com.tr