İyulun 19-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, iyulun 11-də NATO-nun Zirvə Toplantısı çərçivəsində Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” üzrə Əməliyyat Tərəfdaş Dövlətləri və potensial Əməliyyat Tərəfdaş Dövlətləri ilə birlikdə dövlət və hökumət başçıları səviyyəsində iclasında Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin çıxışını yüksək dəyərləndirir. Həmçinin, AzMDEP, NATO üzv dövlətləri zirvə toplantısının yekununda qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstək verilməsini Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin apardığı xarici siyasətin növbəti uğuru kimi dəyərləndirir.

         AzMDEP, Azərbaycanın əzəli torpağı Ağdamın ermənilər tərəfindən işğalının 25 illiyi ilə əlaqədar Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini yad edir, onların yaxınlarına dərin hüznlə başsağlığı verir. AzMDEP bildirir ki, torpaqlarımızın tezliklə azad edilməsi və düşməndən qisas alınması şəhidlərimizin ruhu qarşısında hər bir azərbaycanlının borcudur.

19 iyul 2018-ci il                     mdp_inform@yahoo.com.tr