Martın 5-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP bildirir ki, Prezident İlham Əliyevin Neftçalanın və İsmayıllının yeni təyin edilən icra hakimiyyəti başçıları ilə görüşündə səsləndirdiyi fikirlər təqdirəlayiqdir. AzMDEP, Azərbaycan Respublikası Prezidentinin korrupsiyanın və vəzifədən sui-istifadə hallarının aradan qaldırılması istiqamətində gerçəkləşdirdiyi kadr və sistem islahatlarını bütünlüklə dəstəkləyir və xalqımızın bütün siyasi qurumlarını aparılan bu islahatları dəstəkləməyə çağırır.