Fevralın 27-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP bildirir ki, fevralın 25-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının nəticələri təqdirə layiqdir. AzMDEP, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi bəyanatlarını bölgədə Türk faktorunun artıq müstəqil siyasi qüvvə olaraq təsbitinin təzahürü kimi dəyərləndirir. AzMDEP, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarını digər türk respublikalarının birgə və ikitərəfli əməkdaşlığının güclənməsi işində bir örnək olduğunu vurğulayır.