Fevralın 13-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir. İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP bildirir kiSuriya parlamentinin qondarma “erməni soyqırımı” barədə qanunlayihəsini qəbul etməsi Əsəd rejiminin ermənipərəst, anti-türk və anti-islam mövqeyində olmasını bir daha sübut etdi. Anti-türkizm, ermənipərəstlik və mahiyyətcə islamofob mövqeyi Əsəd rejimini Türk Dünyası əleyhinə olan ABŞ-ın, Avropanın və d. ölkələrin siyasi cinahı ilə eyni səngərdə yer almasına aparıb çıxarmışdır. AzMDEP qeyd edir ki, ölməkdə olan Əsəd rejiminin bu cür siyasi avantürası sonuncu deyil və Qarabağ məsələsində həmin rejimin tutduğu ermənipərəst mövqeyi daha da kəskinləşə bilər. Bununla əlaqədar AzMDEP bildirir ki, Azərbaycanın aidiyyatı dövlət orqanları Əsəd rejiminin ermənipərəst mövqeyini daha da kəskinləşdirməsinə adekvat tədbirlərlə hazır olmalıdır.