Fevralın 6-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP bildirir kiBakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında görüşün keçirilməsi Azərbaycanın regionda və dünyada önəmini göstərməkdədir. Dünyanın iki superdövlətini təmsil edən yüksək rütbəli hərbçilərin Bakıda sayca üçüncü görüşünün təyini, Azərbaycanın stabil duruma, bu cür yüksək zirvə görüşlərinin keçirilməsi üçün uyğun infrastruktura sahib olması və hər iki bloka münasibətdə neytral mövqe tutması ilə şərtlənmişdir. AzMDEP xüsusi olaraq vurğulayır ki, yalnız Prezident İlham Əliyevin apardığı uğurlu və müdrik siyasət nəticəsində dünya çapında Azərbaycan belə bir yüksək etimada və qiymətləndirməyə sahib olmuşdur.

06 fevral 2020-ci il                     mdp_inform@yahoo.com.tr