Yanvarın 30-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və “ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü varədə mövqeyini açıqlayıb. AzMDEP qeyd edir ki, diplomatik və təbliğat baxımından işğalçı “ermənistan” ilə danışıqların davam etdirilməsini işğala məruz qalmış Azərbaycan tərəfi üçün məqbul sayılmalıdır. Lakin, anti-türkizmi əsas ideologiyasına çevirmiş, faktiki Rusiyanın hərbi bazası olan işğalçı “ermənistan”ın ciddi qərarlar vermək iqtidarında olan tərəf deyildir. Digər tərəfdən, “ermənistan”ın işğalçı siyasətini pərdəarxasında dəstəkləyən beynəlxalq qüvvələr Azərbaycan torpaqlarının ədalətli şəkildə və dinc yolla azad edilməsi tərəfdarları olmadığından bu cür danışıqlar yalnız “sülhməramlı səylərin” davam etməsi barədə görüntü yaradılmasına hesablanmışdır. Eyni zamanda ATƏT-in Minsk qrupunda təmsil olunmuş dövlətlər aşkar şəkildə ermənipərəst, panxristiançı mövqedədirlər. AzMDEP, işğal olunmuş torpaqlarımızın yalnız hərbi gücümüzlə azad olunacağı əminliyindədir.  

30 yanvar 2020-ci il                     mdp_inform@yahoo.com.tr