İyulun 12-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, iyulun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ilə birgə səsləndirdikləri bəyanatlarında əks olunmuş fikirləri təqdir etdiyini bildirir. AzMDEP vurğulayır ki, hər iki Türk Cümhuriyyətlərinin Dövlət Başçılarının mövqeyi qardaş Türk dövlətlərinin və xalqlarının milli mənafelərinə tam uyğundur.

         AzMDEP, Gəncədə baş vermiş hadisələri Azərbaycanda sabitliyin pozulmasına yönəli ciddi siyasi təxribat kimi qiymətləndirir. AzMDEP, bir daha bəyan edir ki, millətçilər və bozqurdlar Azərbaycan Dövlətçiliyinin və Dövlət Başçısının yanında olaraq, Dövlətçiliyimzə və Milllətimizin Birliyinə qarşı yönəlmiş istənilən siyasi təxribatın və terrorun qarşısının alınmasının tərəfdarıdırlar.

12 iyul 2018-ci il                     mdp_inform@yahoo.com.tr