Dekabrın 19-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, dekabrın 12-də ABŞ Senatının 1915-ci il hadisələrini erməni soyqırımı kimi tanıyan qətnamə layihəsini qəbul etməsini anti-türkizm, ermənipərəstlik, xristian və ari irqçiliyi təəssübkeşliyinin təzahürü kimi dəyərləndirir. AzMDEP bildirir ki, ABŞ-ın indiki və gələcək prezidentlərinin biri tərəfindən bu qərarın təsdiqlənməsi zamanın işidir. AzMDEP xüsusi olaraq vurğulayır ki, Senatın bu qərarı ilk növbədə anqlo-sakson elitasının Türkiyənin öz hüquqlarının təsbitinin qarşısını almasında vasitələrinin tükəndiyini nümayiş etdirir. Eyni zamanda bu qərar Türkiyəyə qarşı hücum planının başlanmasını göstərir.

ABŞ Senatı tərəfindən bu saxta məzmunlu qətnamənin qəbulu, müasir Qərb dünyasının ideoloji əsasında “demokratiya”, “insan hüquqları”, “azadlıq” məfkurəsi deyil, XIX olduğu kimi yenə də irqçilik və xristianpərəstlik ideyasının durduğunu bir daha təsdiq edir.

19 dekabr 2019-cu il