Dekabrın 12-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP)
Siyasi Şurasının növbəti iclası keçirilmişdir.
İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.
AzMDEP, ABŞ Konqresinin Türkiyə Cümhuriyyətinə qarşı sanksiyaların tətbiq
edilməsini ehtiva edən qanunlayihəsinin qəbulunu obyektiv amillərdən deyil,
subyektiv amillərdən qaynaqlandığını, ilk növbədə, bölgədə şəkillənmiş yeni ciddi
geopolitik düzənə müqavimətdən irəli gəldiyini bildirir. AzMDEP, göstərilən
qanunlayihəsinin qəbulunun ilk növbədə ABŞ-ın və NATO blokunun mənafeləri
üçün problemlər yaradacığını vurğulayır. AzMDEP, ABŞ siyasi dairələrini
Türkiyənin bölgədə önəminin güclənməsi faktoru ilə hesablaşmağa çağırır.