Oktyabrın 24-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, qardaş Türkiyə Cümhuriyyətinin öz təhlükəsizliyini təmin etmək üçün gerçəkləşdirdiyi “Barış pınarı” əməliyyatının regionda həm Türkiyənin, həm də Türk Dünyasının yeni qüvvə mərkəzi kimi təsbit etdiyini bildirir.

AzMDEP bildirir ki, “Barış pınarı” əməliyyatı bir daha Türkiyənin və Türk Dünyasının dünya siyasəti meydanında söz sahibi olduğunu, artıq dünya güclərinin Türkiyə və Türk Dünyası ilə hesablaşmaq məcburiyyəti ilə üzləşdiyini göstərdi.

24 oktyabr 2019-cu il