Oktyabrın 3-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP,  ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri, əsas erməni lobbiçilərindən olan Frank Pallone, habelə konqresmenlər Ceki Spir-Kançelyan və Cudi Çunun oktyabrın 1-də hərbi helikopterlə işğal olunmuş Azərbaycan torpaqlarına səfərini Azərbaycan Dövlətinə və Azərbaycan xalqına qarşı cinayət kimi dəyərləndirir. AzMDEP bildirir ki, bu səfərlə ABŞ siyasi dairələri tərəfindən xalqlara münasibətdə xrisitan təəsübkeşliyinin və “ari” irqçiliyinin əsas meyar kimi qəbul edildiyi açıq nümayiş etdirildi. AzMDEP, Azərbaycanın qanunlarını nümayişkəranə pozduğu və işğalçı erməni qüvvələrinə dəstək verdiyi üçün məlum ABŞ konqresmenlərinə qarşı respublikamızın hüquq mühafizə orqanları tərəfindən cinayət işinin açılmasını və həmin canilərin İnterpol xətti ilə beynəlxalq axtarışa  verilməsini tələb edir.

03 oktyabr 2019-cu il                     mdp_inform@yahoo.com.tr