Sentyabrın 26-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP,  Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun erməni baş naziri Nikol Paşinyanın səfəri ilə əlaqədar təşkil etdiyi təşviqat kampaniyasını  təqdir edir. AzMDEP konsulluğumuzun bu yönlü tədbirlərinin bir nümunə olaraq dünyanın müxtəlif ölkələrində dövrü olaraq gerçəkləşdirilməsini informasiya və təbliğat müharibəsində qələbə qazanmaq üçün zəmin hesab edir.

26 sentyabr 2019-cu il                     mdp_inform@yahoo.com.tr