Sentyabrın 12-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, fransız deputatların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri bir daha Minsk qrupu üzvü olan dövlətlərin, konkret olaraq Fransanın müəyyən siyasi dairələrinin ermənipərəst, anti-Azərbaycan mövqeyini nümayiş etdirir. AzMDEP, həmçinin, işğalçı ermənilərin qurduğu qondarma “dövlətciyin” Parisdə 10 Rue Degas ünvanında yerləşmiş “nümayəndəliyini” də nəzərə alaraq adekvat addımın atılmasını məqsədə uyğun hesab edir. Bunun üçün Fransadan ayrılmaq istəyən xalqların demokratik, silahsız mübarizələrinə partiyalar, QHT-lər və siyasətçilər səviyyəsində dəstək yetərlidir.

12 sentyabr 2019-cu il                     mdp_inform@yahoo.com.tr