Sentyabrın 5-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP,Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimlərinin keçirilməsini yüksək dəyərləndirir. AzMDEP bildirir ki, iki türk dövlətinin hərbi sisteminin inteqrasiyası yolunda əməkdaşlıq bir tərəfdən hər iki türk dövlətinin təhlükəsizliyinin təmini, digər tərəfdən Turan birliyinə doğru atılan ciddi siyasi strateji addımdır.

05 sentyabr 2019-cu il                     mdp_inform@yahoo.com.tr