Avqustun 16-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AzMDEP) sədri Tufan Kərim Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) fəalı Araz Yurdsevəni qəbul etmişdir.

Qəbulda AzMDEP ilə GAİP arasında mövcud əməkdaşlığın zamanın tələbinə uyğun perspektivləri barədə fikir mübadiləsi aparılmış, dünyada və regionda cərəyan edən siyasi proseslərin təhlili aparılmış, güney azərbaycanlıların milli hüquqları, erməni və d. anti-türk qüvvələrin ideoloji, informasiya təxribatlarına qarşı mübarizə, Azərbaycan həqiqətlərinin dünya mediasında və Qərbin siyasi çevrələrində təbliği  və d. məsələlərə toxunulmuşdur.

Avqustun 22-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, işğalçı erməni tərəfinin işğal altındakı Sərsəng su kanalı ilə bağlı qanunsuz infrastruktur dəyişmələri ilə bağlı işğalçı tərəfin 100 milyon dollar həcmində layihənin reallaşmasını Azərbaycan Dövlətinə qarşı ciddi siyasi, iqtisadi və hərbi təxribat kimi dəyərləndirir. AzMDEP, təxirəsalınmaz halda erməni təxribatı barədə dünya ictimaiyyətin və siyasi dairələrin məlumatlandırılmasını, bunun ardınca işğalçıların apardığı infrastruktur dəyişikliklərinə və tikili obyektlərinə cəza zərbələrinin endirilməsini ən düzgün yol hesab edir.

22 avqust 2019-cu il                     mdp_inform@yahoo.com.tr