Avqustun 15-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP,Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkməsini böyük bir siyasi-hərbi uğur kimi dəyərləndirir.

         AzMDEP, dünyada və regionda formalaşan siyasi düzümün Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın azad edilməsi üçün gerçək imkan yaradacağına ümidini bildirir.

15 avqust 2019-cu il                     mdp_inform@yahoo.com.tr