Avqustun 8-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP,“ermənistan” adlı Rusiya hərbi müstəmləkəsinin başçısı Nikol Paşinyanın avqustun 5-də işğal edilmiş torpaqlarımıza qanunsuz səfəri zamanı Qarabağın “ermənistana” birləşdirilməsi barədə səsləndirdiyi sərsəm bəyanatlarını pisləyir. AzMDEP, eyni zamanda bildirir ki, Paşinyanın bu bəyanatları əslində ATƏT-in Minsk qrupunun danışıq prinsiplərinin bazasından erməni tərəfinin imtina etməsinin və işğalın təsbitini göstərir. AzMDEP, hesab edir ki, artıq Azərbaycan işğal faktının İrəvan tərəfindən təsbiti rəsmi Bakı üçün torpaqlarını hərbi qüvvədən istifadə ilə azad etməsinə böyük siyasi və hüquqi şans yaratmışdır.

08 avqust 2019-cu il                     mdp_inform@yahoo.com.tr