İyulun 25-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP,Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixindən etibarən viza tələbinin ləğv edilməsi barədə qərarı Türk Dünyasının birliyi yolunda atılmış mühüm addım kimi dəyərləndirir. AzMDEP, strateji tərəfdaş olan, dil, tarix və mədəni əlaqələrlə bağlı Azərbaycan və Türkiyə dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq bu siyasi addımı bütün Türk Dünyası üçün bir örnək kimi dəyərləndirir.

25 iyul 2019-cu il                     mdp_inform@yahoo.com.tr