İyunun 21-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, iyunun 20-dəAzərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Qaraheybətdəki döyüş poliqonunda keçirilən mətbuat konfransında müdafiə naziri, general-polkovnik Zakir Həsənovun torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi istiqamətində aparılmış son hərbi əməliyyatlar, həmçinin, Milli Ordumuzun texniki cəhətdən gücləndirilməsi yolunda görülmüş işlərin nəticələri barədə açıqlamalarını yüksək dəyərləndirmişdir. AzMDEP bir daha bildirir ki, Azərbaycan torpaqlarının erməni işğalçılarından təmizlənməsi yalnız güclü Ordumuzun hesabına baş verəcəkdir. Partiya, respublika rəhbərliyinin Ordumuzun güclənməsinə yönəli atılmış hər bir addımını təqdir etdiyini və dəstəklədiyini bildirir. Həmçinin, AzMDEP  Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Azərbaycan xalqına və Türk Dünyasına səmimi təbriklərini ünvanlayır.

21 iyun 2018-ci il                     mdp_inform@yahoo.com.tr