İyulun 18-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Azad xan oğlu Cavanşirin 1921-ci il 18 iyulda erməni terrorçuları tərəfindən qətlə yetirilməsinin 100 illiyi ərəfəsində təkliflə çıxış etmişdir. AzMDEP, erməni terrorunun qurbanı olmuş Behbud xan Azad xan oğlu Cavanşirə Bakı şəhərində heykəlin ucaldılmasını təklif edir. AzMDEP, bildirir ki, Behbud xan Azad xan oğlu Cavanşirin xatirəsinin əbədiləşdirilməsi Dövlətçilik və özünə sayğı baxımından və erməni terrorizminin vəhşiliklərinin tanıdılması baxımından mühüm siyasi, ictimai və mədəni əhəmiyyət daşıyır.

18 iyul 2019-cu il                     mdp_inform@yahoo.com.tr