İyunun 20-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması barədə iyunun 18-də imzaladığı Sərəncamları xalqımızın maddi rifahının yüksəldilməsi yönündə atılmış mühüm addım kimi dəyərləndirir. AzMDEP bildirir ki, respublikamızın 1 milyondan çox vətəndaşının əməkhaqqı və təqaüdlərində ciddi artımı nəzərdə tutmuş Dövlətimizin Başçısının imzaladığı Sərəncamlar təqdir edilməli və xalq tərəfindən dəstəklənməlidir. Xalqımızın maddi rifahına ünvanlı sosial paket AzMDEP tərəfindən təqdir edilir.

20 iyun 2019-cu il                     mdp_inform@yahoo.com.tr