Mayın 23-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Azərbaycan Ordusunun keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin bölgədəki durumun çağırışlarına tam cavab verdiyini və Ordumuzun hərbi hazırlığının yüksək səviyyədə saxlanılması baxımından vacibliyini vurğulayır. AzMDEP, bölgədə artan gərginliyi nəzərə alaraq Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılması və Ordumuzun hərbi hazırlığının yüksəldilməsi istiqamətində bütün tədbirləri təqdir etdiyini bildirir.

23 may 2019-cu il                     mdp_inform@yahoo.com.tr