İyunun 14-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilməsini Azərbaycanın strateji uğurunun göstəricisi kimi dəyərləndirib. Layihənin gerçəkləşməsi anti-Azərbaycan, anti-türk  beynəlxalq qüvvələrə ciddi zərbə olmaqla yanaşı, Türk Birliyinə gedən yolda atılmış ciddi və fundamental siyasi addımdır.   AzMDEP, 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı Qurtuluş Günü kimi tarixə həkk olunmuş Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Dövlətçiliyinin qorunması və inkişafı siyasi strategiyasının davamçısı olan Prezident İlham Əliyevin həmin təntənəli mərasimdə çıxışını Türk Dünyasının siyasi tarixində mühüm hadisə kimi qiymətləndirir.

 

14 iyun 2018-ci il                     mdp_inform@yahoo.com.tr