Aprelin 25-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP bildirir ki, ABŞ və Rusiyanın münasibətlərinin gərginləşməsi fonunda “ermənistan” adlı qondarma qurum tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının hərbi yolla azad edilməsi üçün şanslar artmaqdadır. Bu baxımdan AzMDEP, Azərbaycan Ordusunun 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzlərinin poliqonlarında bütün qoşun növlərinin cəlb edilməsi ilə təlim-məşq prosesinin keçirilməsini təqdir edir.