Martın 28-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin Bakının Nizami rayonunda ticarət mərkəzindəki yanğın zamanı ziyan çəkmiş sahibkarlara yardım edilməsi barədə qərarını təqdir edir. AzMDEP bildirir ki, Ölkə Başçısının qərarı milli sosial ədalət prinsiplərindən qaynaqlanır, dövlət tərəfindən sahibkarlığa dəstək və Azərbaycan vətəndaşının maddi rifah təhlükəsizliyinin təmin edilməsini əsas tutan, dünyada analoqu olmayan sosial proqramın gerçəkləşməsinin bariz nümunəsidir.

28 mart 2019-cu il                     mdp_inform@yahoo.com.tr