Martın 14-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən genişmiqyaslı hərbi təlimlərin keçirilməsini təqdir edir. AzMDEP bildirir ki, gedən beynəlxalq proseslər  Azərbaycanın hərbi qüdrətini təkmilləşdirmək istiqamətində fəaliyyətinin artırılmasını tələb edir və bu baxımdan son dövrdə hərbi təlimlərin intensivləşdirilməsi milli mənafelərimizə tam uyğun tədbirlər kimi dəyərləndirilməlidir.

14 mart 2019-cu il                     mdp_inform@yahoo.com.tr