Fevralın 21-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Azərbaycan hərbçilərinin də iştirak etdiyi Türkiyə Cümhuriyyətinin təşkilatçılığı ilə baş tutmuş “Qış-2019” hərbi təlimlərini təqdir edir. AzMDEP, keçirilən hərbi təlimləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yeni mərhələsi kimi dəyərləndirir.

21 fevral 2019-cu il