Fevralın 14-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

 İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Rusiya Federasiyası tərəfindən işğalçı “ermənistan” adlı quruma ən yeni yüksək dəqiqliyə malik silahların, o cümlədən, SU-30SM qırıcılarının veriləcəyi barədə məlumatın gerçəkləşəcəyi halında artıq Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükənin yaranacağını bildirir. AzMDEP, buna qarşılıqı cavab olaraq Azərbaycanda NATO üzvü olan Türkiyənin hərbi bazalarının yerləşdirilməsini yeganə düzgün addım hesab edir.