Yanvarın 31-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşünü və Prezidenti İlham Əliyevin şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 30 yanvar 2019-cu il tarixli Fərmanını təqdir edir. AzMDEP bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş soydaşlarımızın ruhları qarşısında müqəddəs bir əməldir və yetişən gənc nəslin vətənpərvərlik və millətsevərlik ruhunda tərbiyəsi üçün önəmli bir nümunədir.

31 yanvar 2019-cu il