Yanvarın 24-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş erməni hərbi canisinə büstün qoyulmasını Azərbaycan və Gürcüstan arasında strateji müttəfiqliyə qarşı təxribat kimi dəyərləndirir. AzMDEP, əminliyini bildirir ki, ermənilərin bu təxribatı Azərbaycan və Gürcüstan arasında münasibətlərə təsir etməyəcək və əli azərbaycanlı mülki vətəndaşların qanına bulaşmış erməni qulduruna büst gürcü torpaqlarından götürüləcəkdir. Digər tərəfdən, AzMDEP qeyd edir ki, baş vermiş hadisə ermənilərin bölgədə gerçəkləşdirməyə hazırlaşdıqları yeni təxribat planlarından xəbər verir.