Ynavarın 11-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Avropa və Rusiyadakı azərbaycanlıların diaspor təşkilatlanması yolunda atılmış uğurlu addımları qeyd etməklə yanaşı bəzi ciddi problemlərin də olduğunu bildirir. Xüsusilə, Vətənimizə və xalqımıza aidiyyatı şübhəli olan bəzi adamların özlərini diasporlarımızın nümayəndəsi kimi qələmə verməsi və buradan da irəli gələrək milli mənafelərimizə zidd hərəkətləri ciddi narahatlıq doğurmaqdadır. AzMDEP bildirir ki, diasporların təşkilatlanması işi ciddiləşməli və mövcud təhlükəli tendensiya tezliklə aradan qaldırılmalıdır.

11 yanvar 2019-cu il                     mdp_inform@yahoo.com.tr