Dekabrın 20-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.

                AzMDEP, Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı və ölkələrin ərzilərinin toxunulmazlığı prinsipini özündə əks etdirən “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnaməsinin qəbulunu Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi dəyərləndirib.

         AzMDEP, bu beynəlxalq əhəmiyyətli siyasi uğurun qazanılmasında ilk növbədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi prinsipial siyasi kursunun həlledici rolunu qeyd edir və bu uğuru Dövlət Başçısının apardığı xarici siyasət strategiyasının məntiqi bəhrəsi kimi dəyərləndirir.

20 dekabr 2018-ci il                     mdp_inform@yahoo.com.tr