Dekabrın 13-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.

         AzMDEP, Bakıda, dekabrın 12-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında növbəti görüşün keçirilməsini Azərbaycanın regionda və dünyada geopolitik çəkisinin artdığını göstərən tarixi bir hadisə kimi dəyərləndirir. AzMDEP, müasir dünyanın taleyini həll edən bu cür yüksək səviyyəli görüşün Bakıda keçirilməsini ilk növbədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı müdrik xarici siyasətin nəticəsi kimi xarakterizə edir. AzMDEP, aparılan bu tarazlaşdırma siyasətinin gələcəkdə işğal olunmuş torpaqlarımızın azad edilməsi və Azərbaycanın geopolitik önəminin və iqtisadi inkişafı üçün böyük imkanlar yaratdığını bir daha vurğulayır.

13 dekabr 2018-ci il                     mdp_inform@yahoo.com.tr