Dekabrın 6-da Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.

         AzMDEP, işğal edilmiş Qərbi Azərbaycanın İrəvan şəhərində ermənilərin maliyyəsi hesabına təşkil olunmuş “Lazarev klubu” adlı yığıncaqda Azərbaycan və Türkiyə əleyhinə səslənən açıq-aşkar çıxışları müxtəlif məqsədli və müxtəlif ünvanlı mesajlar üçün platforma kimi dəyərləndirir. AzMDEP, Rusiyanın yüksək vəzifəli bəzi siyasətçilərinin bu platformada təmsilçiliyini bir tərəfdən erməni mafiyasının ödənişli sifarişinin icrası, digər tərəfdən, Kremlin bölgədə “ermənistan” adlı layihəsini dəstəklədiyinin nümayişi kimi xarakterizə edir. Qeyd edilən anti-Azərbaycan, anti-Türkiyə platformasının siyasi şoudan başqa bir şey olmadığını qəbul etməklə yanaşı, AzMDEP bildirir ki, “Lazarev klubu” kimi layihəyə cavab olaraq adekvat bir layihənin Azərbaycanda yaradılmasının zamanı çoxdan yetişmişdir. Adekvat addım kimi təklif edilən platforma “Rusiyada tarixən qeyri-rus, həmçinin, müsəlman və türk xalqlarının zorakı assimilyasiyasına, soyqırımlarına siyasi və hüquqi qiymətin verilməsi”, “torpaqlarından qovulmuş türk və müsəlman xalqların əzəli vətənlərinə qayıdışı”, islam ölkə tarixçiləri və siyasətçilərinin iştirakı ilə “Soyqırımla silinmiş qədim müsəlman İrəvan xanlığı”, xristian ölkə tarixçiləri və siyasətçilərinin iştirakı ilə “ermənilər tərəfindən mənimsənilmiş Alban xristian kilsəsinin maddi və mənəvi irsi” və s. əlaqəli mövzuları gündəmə gətirə bilər.

06 dekabr 2018-ci il                     mdp_inform@yahoo.com.tr