Noyabrın 22-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.

AzMDEP, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan respublikasına rəsmi səfərinin nəticələrini Azərbaycan-Türkmənistan dostluğunun və bütövlükdə Türk Dünyasının gələcəyi üçün mühüm bir hadisə kimi dəyərləndirir. AzMDEP, Türk dövlətləri arasında mədəni, iqtisadi və siyasi birliyin möhkəmləndirilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün təşəbbüslərini dəstəklədiyini bildirir.

22 noyabr 2018-ci il                     mdp_inform@yahoo.com.tr