Noyabrın 8-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP)
Siyasi Şurasının növbəti iclası keçirilmişdir.
İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.
AzMDEP, noyabrın 5-də Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə
görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri yüksək dəyərləndirir.
AzMDEP bildirir ki, Azərbaycan Respublikası Prezidentinin torpaqlarımızın işğalı
faktına münasibətdə sərgilədiyi barışmaz mövqeyi və hər bir vasitə ilə
torpaqlarımızın gec-tez düşməndən azad ediləcəyi barədə fikirlərilə partiyanın hər
bir üzvü bölüşür. AzMDEP vurğulayır ki, Dövlət Başçısı öz çıxışı ilə faktiki olaraq
dövlətimizin hər bir vətəndaşının mövqeyini ifadə etmişdir.

08 noyabr 2018-ci il mdp_inform@yahoo.com.tr