Oktyabrın 25-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.

         AzMDEP, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Cənubi Qafqaza səfərini ümumilikdə bölgədəki durum ilə əyani tanışlıq baxımından müsbət hadisə kimi qiymətləndirir. Xüsusilə, bölgədə Azərbaycan Respublikasının müstəqil siyasət yeridən dövlət, “ermənistan” adlı ərazinin isə, Rusiya hərbi bazasının üstörtüyü olmasını ABŞ yüksək siyasi elita nümayəndəsi əyani müşahidə etmişdir. Bununla yanaşı, AzMDEP bildirir ki, Rusiya və Fransa kimi ABŞ siyasi çevrələrinin də “xristianpərəst” və “türkofob” mövqedən baxışları Azərbaycan torpaqlarının işğalı probleminin sülh və ədalət yolu ilə həllinin qarşısını alır və ABŞ-ın bu məsələdə obyektiv mövqe tutmasını sual altında qoymaqdadır.

25 oktyabr 2018-ci il                     mdp_inform@yahoo.com.tr