Oktyabrın 18-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası
(AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.
İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.
AzMDEP, oktyabrın 12-də işğal altında olan və “ermənistan” adlı tarixi
Qərbi Azərbaycan ərazisində Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci
sammitinin keçirilməsini, bu tədbirdə Fransa prezidenti Emmanuel Makronun
ermənipərəst canfəşanlığını Azərbaycana və bütün dünyaya bu ölkənin erməni
işğallarını dəstəklədiyinin birbaşa nümayişi kimi qiymətləndirir. AzMDEP, işğalçı
və soyqırımçı qurumun sivil və mədəni dövlətlərin mədəni birliyinin təcəssümü
hesab edilən təşkilatda hər hansı formada yer almasını Azərbaycana ünvanlı anti-
türk irqçi və xristianpərəst mesaj olduğunu qeyd edir.

18 oktyabr 2018-ci il