Mayın 18-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurası videoformatda növbəti iclasını keçirmişdir.

İclasda AzMDEP Siyasi Şurası regionda, dünyada və ölkədə cərəyan edən prosesləri müzakirə edib. Müzakirədə toxunulan məsələlərdən biri də “demokratik qüvvələrin Milli Şura” adlı qurumun qalmaqallı video konfransında baş verənlər olub. AzMDEP bildirir ki, ölkədə elan olunmuş pandemiya karantini dövründə video konfrans formatında iclas keçirərək bir-birinə qarşı aqressiv, söyüş dolu münasibət sərgiləyən bir qrup şəxsin iç üzü cəmiyyət qarşısında tam açılıb. Video konfransda iştirak edən insanların bir-biri ilə dialoq zamanı istifadə etdikləri qeyri-etik ifadələr cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanıb. Söyüşlə danışmağa öyrəşmiş radilkallar bu qruplaşmanın qeyri-ciddi və populist, qeyri-etik olduğunu bir daha sübut ediblər.

“Onların 100-150 nəfərlik trolları var və hərəsinin 10-15 saxta profili var. Bunlar magara düşüncəli insanlardır ki, feysbukda kimə nə qədər bəyənmə sayı gəldiyini hesablayıraq adamlara o cür qiymət verirlər. Milli Şura əgər özünü AXCP sədri Əli Kərimlinin sözçüsü kimi aparırsa, deməli, bu şura yoxdur” – deyən”Real”çı Natiq Cəfərlinin dedikləri elə “Milli Şura”ya verilən real qiymətdir.

AzMDEP bu kimi halların Azərbaycan siyasətinə yaraşmayan bir hal oldugunu bildirərək pisləyir. Radikalların Azərbaycan dövlətinə, xalqına xəyanətkar mövqe bəsləyən, əsasən xarici ölkələrdə yaşayan, xarici düşmən qüvvələrinə bağlı olan, eyni zamanda Azərbaycana qarşı düşmənçilik siyasəti aparan marqinal qrupun növbəti dəfə özünü ifşa etdiyini bildirir və bunun yeni yetişən gənc nəsilə pis nümunə oldugunu bəyan edir.

AzMDEP bildirir ki, video konfransdan sonra “Milli Şura”nın Koordinasiya Şurasının üzvlərindən ikisi istefa verib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflının və Milli Şura Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin istefa vermələri bir daha bu qurumun boş, mənasız və qeyri-ciddi oldugunu sübut edir.

 

18 may 2020-ci il