Oktyabrın 11-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.

         AzMDEP, oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezidentin çıxışını birmənalı olaraq yüksək dəyərləndirir, Azərbaycanın sosial-iqtisadi inkişafı üçün Prezident İlham Əliyevin iclasda qeyd etdiyi prioritet istiqamətlərin dünyada və bölgədəki müasir çağırışlara tam cavab verdiyini xüsusi olaraq vurğulayır.

11 oktyabr 2018-ci il                     mdp_inform@yahoo.com.tr