Oktyabrın 4-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi.

         AzMDEP, 26 il əvvəl erməni işğalçıları tərəfindən Xocavənd rayonunun işğalı zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini yad edir, tezliklə düşməndən qisas alınacağına və Azərbaycan torpaqlarının yağı düşməndən azad edilməsinə əminliyini bildirir.

         AzMDEP, bu günlərdə Apple şirkətinin texniki məmulatlarında ABŞ kəşfiyyat xidmətləri tərəfindən casus cihazlarının aşkar edilməsi ilə bağlı hadisəni əsas götürərək müharibə şəraitində olan Azərbaycanda elektron informasiya təhlükəsizliyinin aktuallığını xüsusi qeyd edir. AzMDEP bildirir ki, Azərbaycanda elektron informasiya təhlükəsizliyi sahəsində xüsusi xidmətin yaradılmasına ehtiyac vardır.

04 oktyabr 2018-ci il                     mdp_inform@yahoo.com.tr